Koronavirusa görə avtobuslar belə dezinfeksiya olundu -VIDEO
    • 28-02-2020, 23:34
    • 730

Koronavirusa görə avtobuslar belə dezinfeksiya olundu -VIDEO

“Bakubus” MMC-də avtobuslarda kəskin resporator xəstəliklərə qarşı dərmanlama işləri aparılır.


News24.az xəbər verir ki, Qanunvericiliyə uyğun olaraq, iki aydan bir həmin sərnişin avtobuslarında dezinfeksiya işləri aparılır. Aparılan bu işlər kəskin respirator xəstəliklərə qarşı qabaqlayıcı xarakter daşıyır.


Bakı Nəqliyyat Agentliyinin mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin məlumatına görə, hazırda koronovirusla bağlı müvafiq səhiyyə qurumlarının tövsiyəsi olarsa, bu işlər mütəmadi həyata keçiriləcək.