Borca görə axtarılan 34 nəfərdən xəbər var
    • 29-02-2020, 09:15
    • 838

Borca görə axtarılan 34 nəfərdən xəbər var

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb. 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Quldurluq 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. 

İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.