Azərbaycana gələn dörd əcnəbi koronavirus şübhəsi ilə karantinə götürüldü
    • 1-03-2020, 15:02
    • 952

Azərbaycana gələn dörd əcnəbi koronavirus şübhəsi ilə karantinə götürüldü

İrandan Azərbaycana gələn dörd xarici ölkə vətəndaşı koronavirus şübhəsi ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib.


News24.az xəbər verir ki, həmin şəxslərdən üçü Çexiya, bir nəfər isə İtaliya vətəndaşlarıdır. Həmin şəxslər fevralın 29-u axşam yerləşdikləri oteldə özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə mərkəzə gətiriliblər.


Müayinə olunandan sonra onlar Qobustan Xəstəxanasına köçürülərək karantinə götürülüblər. Hazırda Kliniki Tibbi Mərkəzdə iki nəfər Azərbaycan vətəndaşı karantində saxlanılır.


Onların səhhətləri normaldır, dəyişiklik yoxdur.