Bakıda avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ
    • 2-03-2020, 17:43
    • 1 005

Bakıda avtomobil piyadanı VURARAQ ÖLDÜRDÜ

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.