Bakıda evdən 4500 manatlıq QIZIL OĞURLANDI
    • 2-03-2020, 18:04
    • 818

Bakıda evdən 4500 manatlıq QIZIL OĞURLANDI

Xətai rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 150 manat, 4 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Şıxəliyev və qrupun digər üzvləri Bakı şəhər sakinləri A.Cəbrayılov və M.Şıxəliyev saxlanılıblar.