Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına yeni DİREKTOR TƏYİN OLUNDU

Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına yeni DİREKTOR TƏYİN OLUNDU
SOSİAL

03 mart 2020, 16:22

Mətn ölçüsü

“Neftçala və Astara rayon Mərkəzi Xəstəxanalarına  direktorlar təyin olunub.

Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.