Təhsil müəssisələrində dezinfeksiya işləri İNTENSİVLƏŞDİRİLDİ - FOTO
    • 4-03-2020, 16:19
    • 1 004

Təhsil müəssisələrində dezinfeksiya işləri İNTENSİVLƏŞDİRİLDİ - FOTO

Martın 4-də 5 nömrəli Bakı Peşə Məktəbində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri aparılıb. Proses media nümayəndələri tərəfindən izlənilib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bu gün də daxil olmaqla 3 minədək təhsil müəssisəsi artıq dezinfeksiya olunub. Digər təhsil müəssisələrində də dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.