"Koronavirusdan ölüm olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq" - TƏBİB
    • 5-03-2020, 12:43
    • 1 115

"Koronavirusdan ölüm olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq" - TƏBİB

"Ölüm halı olsaydı biz mətbuatdan gizlətməzdik". 

News24.az xəbər verir ki, bunu qərargahın üzvü, TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, rəsmi mənbədən olmayan xəbərlərə insanları inanmamalıdırlar. Yalnız Nazirlər Kabineti yanında yaradılan qərargahın məlumatları düzgün mənbədir". 


Afaq Mirayiq