356 mindən çox məzun elektron qaydada diplom alıb

356 mindən çox məzun elektron qaydada diplom alıb Sosial

Bu günədək 356 mindən çox məzun attestat və diplomunu “myGov” tətbiqi vasitəsilə əldə edib.

News24.az. xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, elektron sənədlərin təqdim olunması prosesi şəffaflaşdırır və sənədlərin düzgünlüyünü təmin edir. Bu isə saxta sənədlərin qarşısının alınmasına imkan yaradır.