Astara sakinlərindən 3 kq HEROİN GÖTÜRÜLDÜ

Astara sakinlərindən 3 kq HEROİN GÖTÜRÜLDÜ
SOSİAL

10 mart 2020, 13:28

Mətn ölçüsü

Astara sakinlərindən 3 kiloqramdan çox heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhər sakinləri K.Hüseynov və E.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı K.Hüseynovdan 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma aparılır.