33 kq narkotik DÖVRİYYƏDƏN ÇIXARILDI
    • 10-03-2020, 14:37
    • 625

33 kq narkotik DÖVRİYYƏDƏN ÇIXARILDI

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülüb.