Doqquzillik bazadan kolleclərə ərizə qəbulu BAŞA ÇATDI
    • 12-03-2020, 11:20
    • 624

Doqquzillik bazadan kolleclərə ərizə qəbulu BAŞA ÇATDI

Ümumi (9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18 739-dur (Azərbaycan bölməsi üzrə 18 169, rus bölməsi - 570).

Qeyd edək ki, ümumi orta təhsil bazasından kolleclərə ərizələrin qəbulu fevralın 21-də başlayıb