Tibb Universitetinin klinikasının bağlanmasına Rəsmi açıqlama

Tibb Universitetinin klinikasının bağlanmasına Rəsmi açıqlama
SOSİAL

12 mart 2020, 20:08

Mətn ölçüsü

Sosial şəbəkələrdə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinin dayandırılması ilə məlumat yayılıb.

News24.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova xəbərin həqiqətə uyğun olmadığını bildirib.

"Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb. Klinika iş fəaliyyətini davam etdirir.

Bildirmək istəyirik ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib.

Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hal hazırda klinika öz fəaliyyətini davam etdirir", - deyə o, qeyd edib.