Pediatr Əli Quliyevdən valideynlərə XƏBƏRDARLIQ: "2-3 gün qızdırma düşməzsə...”

Pediatr Əli Quliyevdən valideynlərə XƏBƏRDARLIQ:
SOSİAL

13 mart 2020, 16:25

Mətn ölçüsü

Son günlərin təlaş və narahatlıq doğuran mövzusu koronavirus olmasına baxmayaraq, uşaqlar arasında yayılan kəskin qrip virusu da əhali arasında narahatlığa səbəb olub. 

Bu barədə News24.az-a danışan valideynlərin əksəriyyəti bu qrip virusunun uşaqlarda bir həftədən çox yüksək hərarət, halsızlıq yaratdığını bildirir. 

Valideynlər qeyd edir ki, xəstəlik bir aya qədər davam edir: “Uşağım 20 gündən çoxdur ki, bu qripdən əziyyət çəkir. Günlərlə 39.5 qızdırmadan yandı. Neçə cür dərman yazıblar, hələ də tam sağalmayıb”.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən məşhur pediatr Əli Quliyev bildirib ki, hazırda müşahidə edilən virus mövsümi xarakter daşıyır: “Uşaqlar mövsümi qripləri ağır keçirir. 5-7 gün hərarət yüksək olur. Halsızlıq, boğaz ağrısı müşahidə olunur”.

Həkim bildirib ki, uşaqlara bu zaman bol maye içirmək, evdə istirahət etməsinə çalışmaq, toplum arasına çıxamamaq lazımdır: “Valideynlər çalışmalıdır ki, uşaqlarını insanların çox olduğu yerə aparmasınlar. Onların xəstə adamlarla təmasdan yayındırsınlar. Böyüklər yalnız əllərini, üzlərini yuduqdan  sonra uşaqlara yaxınlaşsınlar. Eyni zamanda qidalanmalarına fikir vemələk, əsasən meyvə-tərəvəz, göyərti, süd, qırmızı ət yemələrinə çalışsınlar”.   

Məşhur pediatr eyni uşaqlarda hərarət yüksək olduqda həkimlə məsləhətləşməyi də tövsiyə edib: “Valideynlər İki-üç gün müşahidə etsinlər, əgər hərarət davam edərsə, o zaman mütləq həkimə müraciət etsinlər. Bu, bəzən pnevmoniya, qaymorit və ya otitə çevrilə bilər.
Bəzən elə uşaq olur ki, 5 gün qızdırması olur, pnevmoniyaya çevirmir, amma elə uşaq da olur ki, 3 gündən sonra xəstəlik ağırlaşır və pnevmoniyaya çevirir. Bu uşağın immunitetindən asılı olan bir şeydir. Bu səbəbdən valideynlər belə məsələlərə etinasız yanaşmasınlar”. 
 
Afaq Mirayiq