Milli Məclisin komitə və komissiyalarının İCLASLARI DAYANDIRILIR
    • 17-03-2020, 12:31
    • 741

Milli Məclisin komitə və komissiyalarının İCLASLARI DAYANDIRILIR

"Dünyada koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Azərbaycanda da bu sahədə ciddi işlər aparılır".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.  

O bildirib ki, dünən Baş Nazir icra hakimiyyəti orqanlarına, məktəblərə məktub göndərib. Bununla əlaqədar komitə və komissiya iclasları dayandırılmalıdır.