"Kim bunu eləmirsə, uşağında pnevmaniya yarana bilər" - BAŞ PEDİATR

"Kim bunu eləmirsə, uşağında pnevmaniya  yarana bilər" - BAŞ PEDİATR
SOSİAL

17 mart 2020, 13:15

Mətn ölçüsü

Son günlər uşaqlar arasında pnevmoniya (sətəlcəm) xəstəliyi artıb.

Bu barədə News24.az-a özəl klinikalardan birindən məlumat verilib. Uşaqların pnevmoniya olmasının səbəbi kimi valideynlərin peyvəndlərdən imtina etməsi göstərilir.

Məsələ ilə  bağlı Respublikanın baş pediatrı Nəsib Quliyevdən münasibət öyrəndik. O bildirdi ki, pnevmonaiyanın artıb-azalması ilə bağlı məlumatı nə valideyn, nə də hansısa həkim deyə bilər: “Bunu yalnız statistikaya nəzarət edən şəxs deyə bilər. Yəni mən əmin edə bilərəm ki, belə bir şey yoxdur. Sadəcə, mövsümi xəstəliklər var. Valideynlər də başa düşür, peyvəndləri vaxtlı-vaxtında edirlər. Əgər belə olmasaydı, bu gün Azərbaycanda da Gürcüstan və Ukraynadakı vəziyyət yaranardı. Bu gün bütün dünyada koronavirus infeksiyası yayılıb, alimlər nə axtarır? Əlbəttə, ən vacib olanı- peyvəndi. Bundan vacib göstərici nə ola bilər? Peyvənddən imtina etmək ağılsızlıqdır”.

Baş həkimin sözlərinə görə, sətəlcəmə qarşı Azərbaycanda 3 dəfə peyvənd vurulur: “Bu da uşağa 2, 4, 6 aylıq olanda pnevmakoklara qarşı vurulan peyvəndlərdir. Kim onu eləmirsə, uşağını risk qarşısında qoyur. Dövlət bu peyvəndləri pulsuz paylayır, sən uşağını peyvənd elətdirmirsənsə, deməli o, pnevmoniyaya namizəddir. Çünki bədəndə buna qarşı qoruyucu yoxdur”.

Afaq Mirayiq