Bakıda yeniyetmə oğlanı cinayətə MƏCBUR ETDİLƏR
    • 17-03-2020, 13:45
    • 639

Bakıda yeniyetmə oğlanı cinayətə MƏCBUR ETDİLƏR

Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətkarlıq fəaliyyətinə cəlb etmiş şəxs məsuliyyətə cəlb edilib.

News24.az-ın məlumatına görə, Suraxanı rayon sakini Habil Mirzəyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci, yəni, - 18 yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə maddəsi ilə iş açılıb. Onun R.Zalov adlı yeniyetməni cinayət fəaliyyətinə cəlb etdiyi müəyyənləşdirilib.

H.Mirzəyevin əməlinə yaxın vaxtlarda hüquqi qiymət veriləcək.