Qaxa 15 sm qar yağıb - FAKTİKİ HAVA
    • 17-03-2020, 16:24
    • 879

Qaxa 15 sm qar yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən xəbərə görə, martın  17-si gündüzədək  ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada  0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub.