Türkiyə və İtaliyadan 391 vətəndaşımız Azərbaycana gəldi
    • 18-03-2020, 09:20
    • 1 027

Türkiyə və İtaliyadan 391 vətəndaşımız Azərbaycana gəldi

AZAL martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.