Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərilib
    • 19-03-2020, 21:13
    • 648

Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərilib

Təhlükəli epidemioloji vəziyyət və koronavirusun təkcə Rusiya Federasiyasının ərazisində deyil, bütün dünyada yayılması ilə bağlı artan risklərlə əlaqədar Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib.


RAGB-dən News24.az-a bildiriblər ki, epidemiya səbəbindən bundan sonra yataqxanalarda qalmalarına icazə verilməyən və bununla da qalmağa yeri olmayan, kömək üçün müraciət edən tələbələrə RAGB tərəfindən yardım göstərilib. 


Təşkilat onların tezliklə Vətənə qayıtmaları ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.