Azərbaycanda 9 günlük tətil başladı
    • 20-03-2020, 02:00
    • 1 037

Azərbaycanda 9 günlük tətil başladı

Azərbaycanda Novruz bayramı qeyd edilir. 

News24.az xəbər verir ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri də qeyri-iş günüdür.

Bundan başqa, Baş Nazir Əli Əsədovun imzaladığı qərar iş və istirahət  günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.