XİN Fonda 215 minlik yardım ayırdı
    • 22-03-2020, 11:38
    • 931

XİN Fonda 215 minlik yardım ayırdı

Azərbaycanin Xarici İşlər Nazirliyi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım ayırıb.    

 
Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.