Dövlət Dəniz Agentliyi Prezidentin çağırışına dəstək verdi
    • 23-03-2020, 20:04
    • 1 162

Dövlət Dəniz Agentliyi Prezidentin çağırışına dəstək verdi

Dövlət Dəniz Agentliyi də Prezidentin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə göndərib.

News24.az xəbər verir ki, Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürüb.