Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat KÖÇÜRDÜ
    • 24-03-2020, 12:42
    • 807

Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat KÖÇÜRDÜ

Azərbaycan  Respublikasının Gənclər və Idman nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə  ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının  2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna məkdaşların əməkhaqlarının bir hissəsini,  30 min manat məbləğində vəsaiti köçürüb.