İlham Rəhimov prezidentin çağırışına QOŞULDU: 2 milyon manat...
    • 24-03-2020, 18:50
    • 1 594

İlham Rəhimov prezidentin çağırışına QOŞULDU: 2 milyon manat...

Professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər. 

Bu barədə News24.az-a professor İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib. 

“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.