Gözlənilən XƏBƏR! 1 həftəyə Azərbaycanda maska istehsal ediləcək
    • 24-03-2020, 20:28
    • 867

Gözlənilən XƏBƏR! 1 həftəyə Azərbaycanda maska istehsal ediləcək

"Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq".

News24.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov deyib. 
"Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır. Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub.

Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", - deyə Məmmədov əlavə edib.