USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 9°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 14°C
  • LƏNKƏRAN 8°C
  • ŞƏKİ 13°C
  • QUBA 4°C
  • NAXÇIVAN 12°C

Akademik Milli Dram Teatrı da İANƏ ETDİ

SOSİAL / MƏDƏNİYYƏT

Mətn ölçüsü

Akademik Milli Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb 

News24.az
-ın məlumatına görə, teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, mədəniyyət ocağının rəhbərliyi və kollektivi adından martın 25-də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.

O, rəhbərlik etdiyi teatrının kollektivi adından koronovirusdan əziyyət çəkən insanlara şəfa diləyib və insanıları özünü qorumağa, dövlətin müəyyən etdiyi qaydalara ciddi əməl etməyə çağırıb: “Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu, dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. Həmvətənlərimiz ianələr etməyə, xəstələrə maddi və mənəvi yardımlar göstərməyə böyük istəklə qoşulurlar. İnanıram ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində bu pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”.

Xəbəri paylaş: