USD 1.7
EUR 1.8385
TRY 0.2518
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 14°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 14°C
  • QUBA 4°C
  • NAXÇIVAN 14°C

SON DƏQİQƏ: Azərbaycanda daha 6 nəfərdə koronavirus AŞKARLANDI -1-i öldü, 3-nün vəziyyəti AĞIRDIR

SOSİAL

Mətn ölçüsü

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb. 

Qərargahdan News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanmışdır. Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmamış və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat etmişdir. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülmüşlər.
 
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Xəbəri paylaş: