USD 1.7
EUR 1.8477
TRY 0.2508
RUB 0.0227
  • Bakı 8°C
  • ŞUŞA -0°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 4°C
  • QUBA 5°C
  • NAXÇIVAN 7°C

Bakıda insanların sıx toplaşdığı ərazilər DEZİNFEKSİYA EDİLİR

SOSİAL

Mətn ölçüsü

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

İcra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Xəbəri paylaş: