ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor TƏYİN EDİLDİ
    • 26-03-2020, 13:18
    • 730

ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor TƏYİN EDİLDİ

Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevə vəzifə verilib. 

ATU-dan verilən məlumata görə, o, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmrinə əsasən, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsini icra edəcək.
Xatırladaq ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi. /Report/