Təhsil Nazirliyi  koronavirusla mübarizəyə 510 min manat ianə etdi
    • 26-03-2020, 14:39
    • 722

Təhsil Nazirliyi koronavirusla mübarizəyə 510 min manat ianə etdi

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilat və qurumlar tərəfindən ödəmələr davam etdirilir. 

News24.az xəbər verir ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Təhsil Nazirliyinin Mərkəzi Aparatı, həmçinin tabeliyində olan bir sıra idarə və agentliklər tərəfindən 510 min manat vəsait köçürülüb.