USD 1.7
EUR 1.8477
TRY 0.2508
RUB 0.0227
  • Bakı 8°C
  • ŞUŞA -0°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 5°C
  • ŞƏKİ 4°C
  • QUBA 5°C
  • NAXÇIVAN 7°C

142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirildi - RƏSMİ

SOSİAL

Mətn ölçüsü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən News24.az-a verilən məlumata görə, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son iki gündə Çağrı mərkəzinə ümumilikdə 3600-dək, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 700-ədək müraciət daxil olub.

Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.

Xəbəri paylaş: