USD 1.7
EUR 1.874
TRY 0.2569
RUB 0.0216
  • Bakı 13°C
  • ŞUŞA 6°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 13°C
  • ŞƏKİ 13°C
  • QUBA 7°C
  • NAXÇIVAN 10°C

MTRŞ koronavirusla bağlı yayımçılara MÜRACİƏT ETDİ

SOSİAL

Mətn ölçüsü

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.

Şuradan New24.az-a daxil olan müraciətdə bildirilib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunub:"Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir".

Xəbəri paylaş: