KDMF-yə köçürülən vəsait - AÇIQLANDI
    • 28-03-2020, 12:32
    • 419

KDMF-yə köçürülən vəsait - AÇIQLANDI

Martın 27-si, saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.

News24.az-ın Fonda istinadən verdiyi məlumata görə, manatla yığımış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.

Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 avro və 500 ingilis-funt sterliqini isə fiziki şəxslər ödəyib.