Birinci sinfə elektron qeydiyyata yenidən START VERİLİR

Birinci sinfə elektron qeydiyyata yenidən START VERİLİR
SOSİAL

28-03-2020, 17:00

Mətn ölçüsü

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.