Füzuli rayonunda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri genişləndirilib
    • 28-03-2020, 19:12
    • 487

Füzuli rayonunda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri genişləndirilib

Füzuli rayonunda koronavirus pandemiyasınanın yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilak tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib.


News24.az xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonunun işğaldan azad edilmiş ərazilərində əhali arasında söhbətlər aparmaq üçün hər biri 2 nəfərdən ibarət olmaqla 42 qrup yaradılıb. Qrup üzvləri sakinlər arasında maaarifləndirici söhbərlər aparır, onlara karantin qaydalarını izah edirlər. Onlar vətəndaşları mümkün qədər evdən çıxmamağa, dezinfeksiyaedici məhlullardan və qoruyucu maskalardan istifadə etməyə, ictimai yerlərdə 2 metr ara məsafəsi saxlamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etməyə çağırırlar. 


Söhbət zamanı 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasının, ictimai yerlərdə 10 nəfərdən artıq qruplaşmağın qadağan olunduğu bir daha diqqətə çatdırılır. Sakinlərə virusa aid hər hansı simptom hiss olunduqda dərhal Təcili Tibbi Yardım çağırmaq tövsiyə olunur.


Maarifləndirmə-izahat işlərində rayon polis şöbəsinin əməkdaşları da iştirak edirlər.