Koronavirussuz günlərdə deputatlar seçicilərlə ayda iki dəfə görüşəcək
    • 29-03-2020, 14:57
    • 396

Koronavirussuz günlərdə deputatlar seçicilərlə ayda iki dəfə görüşəcək

Milli Məclisin deputatlarının vətəndaş qəbulunun vaxtı və harada keçirilməsi ilə bağlı məsələlər rəsmi mətbuat orqanlarında dərc ediləcək.


News24.az xəbər verir ki, bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.


Bildirilib ki, koronavirusla bağlı narahatlıq aradan qalxandan sonra deputatların ayda 2 dəfə seçiciləri ilə görüşü keçiriləcək:


“Həmin görüşlərin vaxtı və yeri barədə məlumatlar isə rəsmi mətbu orqanlarda dərc ediləcək”.