"Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi
    • 29-03-2020, 16:25
    • 721

"Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərdi

Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.

News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirus təhlükəsinin qarşısının alınmasıdır:

"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".