Bakının müxtəlif əraziləri dezinfeksiya EDİLİR - FOTO - VİDEO
    • 29-03-2020, 22:30
    • 582

Bakının müxtəlif əraziləri dezinfeksiya EDİLİR - FOTO - VİDEO

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.