Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib
    • 29-03-2020, 22:52
    • 857

Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonundakı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bayram sovqatı göndərib.

News24.az xəbər verir ki, millət vəkilinin köməkçisi 19 martdan 27 marta qədər rayonun kəndlərində sözügedən ailələri bir-bir gəzərək, 100-dən artıq ailənin Novruz bayramını millət vəkilinin adından təbrik edib və onlara bayram sovqatı verib. Eyni zamanda, koronavirusla bağlı maarifləndirmə işləri aparılıb. Koronavirus xəstəliyi, bunun qarşısını almaq üçün dövlətimizin gördüyü tədbirlər, tətbiq edilən qadağaların mahiyyəti, şəxsi gigiyenaya diqqətin artırılmasının vacibliyi hər bir ailədə edilən söhbətlərin əsas mövzusu olub. Həmçinin sözügedən ailələrə koronavirusdan qorunmaq üçün bəzi tibbi ləvazimatlar da hədiyyə edilib və bu davamlı olacaq. Növbəti həftə 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Q.Paşayeva tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək. Qeyd edək ki, millət vəkilinin Novruz bayramı ilə bağlı bu kampaniyasına “Veysəloğlu” şirkəti də dəstək verib və şirkət öz hədiyyələri ilə bir sıra şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bayramını təbrik edib.