USD 1.7
EUR 1.9289
TRY 0.2519
RUB 0.0246
  • Bakı 24°C
  • ŞUŞA 22°C
  • GƏNCƏ 30°C
  • LƏNKƏRAN 29°C
  • ŞƏKİ 31°C
  • QUBA 22°C
  • NAXÇIVAN 31°C

Lənkəranda ağac kəsən şəxs CƏZALANDIRILDI

SOSİAL

Mətn ölçüsü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağac ağacının kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına göndərilib.

Xəbəri paylaş: