"Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"

"Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"
SOSİAL

30 mart 2020, 20:42

Mətn ölçüsü

"20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək".


News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.


O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.


Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”.