Qubada xüsusi karantin rejiminə NƏZARƏT GÜCLƏNDİRİLDİ - FOTO
    • 31-03-2020, 11:53
    • 702

Qubada xüsusi karantin rejiminə NƏZARƏT GÜCLƏNDİRİLDİ - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a verilən məlumata görə,RPŞ-nin PPXB-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Həmçinin yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırılır, evdə qalmaları barədə xəbərdarlıq edilir.

Bundan əlavə RPŞ-nin DYPB-nin əməkdaşları rayon ərazisində nəqliyyat vasitələrini idarə edən sürücülərlə də profilaktiki söhbətlər apararaq, xüsusi karantin rejiminə əməl etmələrini və lüzumsuz yerə nəqliyyat vasitəsi idarə etməyərək “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.