Azərbaycanda 1270,6 min pensiyaçı VAR
    • 31-03-2020, 12:55
    • 1 034

Azərbaycanda 1270,6 min pensiyaçı VAR

2020-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1270,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,8 faizini təşkil edir. 

Dövlət Statistika Komitəsindən News24.az-a verilən xəbərə görə, onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artaraq 263,6 manat təşkil etmiş və orta aylıq əmək haqqının 41,5 faizinə bərabər olub. 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.