Azərbaycanda hava dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava dəyişəcək - XƏBƏRDARLIQ
SOSİAL

31 mart 2020, 17:28

Mətn ölçüsü

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s-dək güclənəcək. 

Azərbaycanın rayonlarında aprelin 1-i günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb  küləyinin sürəti 2-si gündüzdən 3-ü gündüzədək arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23 m/s-dək güclənəcək. 
Çaylarda sululuğun artacağı istisna olunmur.