Bakı Nəqliyyat Agentliyi sürücü axtarır
    • 31-03-2020, 18:02
    • 608

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır

Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC-də sürücü vəzifəsinə işə qəbulu elan edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, “D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

Əmək müqaviləsi əsasında işə qəbul

2 növbəli, 8 saatlıq iş rejimi

Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat, xətt dispetçerləri 815 manat)

Gələcək pensiya təminatı

Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə)

İl ərzində əmək məzuniyyətindən istifadə olunması

Sanatoriyalara göndərişlərin verilməsi

Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat

Xüsusi geyim forması ilə təminat

QEYD: “BakuBus” MMC-də çalışan sürücü və xətt dispetçerləri qanunvericiliklə müəyyən olunan bütün hüquq və imtiyazlardan yararlanırlar.