USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 16°C
  • ŞUŞA 12°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 16°C
  • ŞƏKİ 16°C
  • QUBA 14°C
  • NAXÇIVAN 20°C

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı

SOSİAL

Mətn ölçüsü

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət yetirir. 


Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilib. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.


Mətbuat Şurası onu da bildirib ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaq. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.

Xəbəri paylaş: