Dövlət dili normalarını pozanlar 1000 manatadək CƏRİMƏLƏNƏCƏK

Dövlət dili normalarını pozanlar 1000 manatadək CƏRİMƏLƏNƏCƏK
SOSİAL

01 aprel 2020, 13:01

Mətn ölçüsü

Dövlət dili normalarını pozanlar cərimələnəcək.

News24.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsi təklif olunur.

Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. 

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.