Ekologiya və Təbii Sərvətlər Nazirliyində daha bir TƏYİNAT
    • 1-04-2020, 14:49
    • 861

Ekologiya və Təbii Sərvətlər Nazirliyində daha bir TƏYİNAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə  rəhbər təyinatı olub. 

 Nazirliyin mətbuat katibi İradə İbrahimova  News24.az-a bildirib ki,  Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

"Bu təyinata qədər  o, Nazirliyin Dövlət  Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində  çalışır”.