Şəmkirdə ağac kəsən şəxsi belə cəzalandırdılar
    • 3-04-2020, 10:26
    • 739

Şəmkirdə ağac kəsən şəxsi belə cəzalandırdılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nazirliyin əməkdaşları   tərəfindən əraziyə keçirilən baxış zamanı 9 müxtəlifcinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı  akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şəmkir rayon Prokurorluğuna göndərilib.

Afaq Mirayiq